Home / Aktual / “Əli və Nino” filmi Litvada nümayiş olunub

“Əli və Nino” filmi Litvada nümayiş olunub

Litvanın paytaxtı Vilnüs şəhərinin ən böyük film mərkəzi olan “Forum Cinemas Vingis” kinoteatrında “Əli və Nino” filminin nümayişi olub. 

Bu barədə DiasporNews-a Azərbaycanın Litvadakı səfirliyindən məlumat verilib. Film Litva dilinə tərcümə edilərək subtitrlərlə nümayiş etdirilib.

Tədbirdə Litva dövlət və hökumət qurumlarının nümayəndələri, bu ölkədə akkreditə olunan xarici ölkə səfirləri və diplomatları, yerli ictimai-siyasi təşkilatların əməkdaşları, elm və mədəniyyət xadimləri, KİV nümayəndələri, soydaşlarımız, Litva universitetlərində təhsil alan gənclər iştirak ediblər.

Filmdən sonra tədbir iştirakçıları üçün ziyafət təşkil olunub, milli yeməklər və içkilərdən hazırlanan təamlar ikram edilib.

DiasporNews

Check Also

Qızılgüllərlə bəzədilmiş ən böyük hovuz Azərbaycanda!

Bugünə kimi yalnız əcnəbi filmlərdə görə biləcəyimiz səhnəni Azərbaycanda ilk dəfə “7gul.az” gül butiki reallaşdırıb. …

160*600