Home / Aktual / Əmirliklərin rəsmi qəzeti Azərbaycan Ticarət Evinin açılışından yazıb

Əmirliklərin rəsmi qəzeti Azərbaycan Ticarət Evinin açılışından yazıb

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) rəsmi ərəbdilli “Əl Ettihad” qəzetində Mustafa Abdul Azimin Dubayda Azərbaycan Ticarət Evinin açılış mərasimi haqqında məqaləsi dərc olunub.

Məqalədə iki ölkənin iqtisadiyyat nazirlərinə istinadla BƏƏ və Azərbaycan Respublikası arasında Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasında kənd təsərrüfatı, sənaye və bərpaolunan enerji, birgə investisiya layihələrinin həyata keçirilməsi, ticarət dövriyyəsinin artırılması məsələlərinə dair müzakirələr aparılacağı bildirilib. Həmçinin iki ölkə arasında ticarətin son bir ildə 51 faiz artdığı qeyd olunub.

Yazıda Azərbaycan Ticarət Evinin açılış mərasiminin BƏƏ-nin iqtisadiyyat naziri Sultan Al-Mansourinin, Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin və Azərbaycanın səfiri Daşqın Şikarovun iştirakı ilə keçirildiyi bildirilib. Qeyd olunur ki, mərasimdə çıxış edən nazirlər iki ölkə arasında iqtisadi, ticarət və turizm sahələrində əməkdaşlığın yeni yüksəliş mərhələsinə qədəm qoyacağını söyləyiblər.

Jurnalist yazır ki, Sultan Al-Mansouri qarşılıqlı ticarətin keçən il artaraq 1 milyard dirhəm (273 milyon ABŞ dolları) olduğunu və növbəti mərhələdə daha da artacağını qeyd edib. Vurğulayıb ki, BƏƏ Azərbaycan mallarının regionda reeksportu üçün önəmli platformadır. Hökumətlərarası Komissiyanın gündəliyində iqtisadi əlaqələri inkişaf etdirmək, sənaye, kənd təsərrüfatı və bərpaolunan enerji sahələrində birgə investisiya layihələri həyata keçirmək imkanlarının öyrənilməsi və buna əlavə olaraq kiçik və orta müəssisələrin və turizm sahəsində əməkdaşlığın genişlənməsi kimi məsələlər durur. Azərbaycan Ticarət Evinin açılışı yüksək səviyyəyə malik ikitərəfli iqtisadi və ticarət münasibətlərinin göstəricisidir.

Müəllif yazır ki, Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Dubayda açılan Ticarət Evini Azərbaycan rəhbərliyinin BƏƏ ilə bütün sahələrdə əməkdaşlığı inkişaf etdirmək əzmində olduğunun göstəricisi kimi dəyərləndirib. Gələcəkdə ticarət və investisiyaların artırılması məqsədilə kənd təsərrüfatı, neft və kimya sahəsində ixtisaslaşan şirkətlərlə Azərbaycana sərmayələr qoyulması barədə danışıqlar aparılacaq. Həmçinin bu sahələrdə birgə müəssisələr yaradıla bilər.

Nazir Ş.Mustafayevə istinad edən jurnalist BƏƏ-nin Azərbaycana 2 milyard dollar həcmində investisiya etdiyini, Azərbaycanda 190 BƏƏ şirkətinin fəaliyyət göstərdiyini vurğulayıb. Bildirib ki, Azərbaycan BƏƏ iqtisadiyyatına 300 milyon ABŞ dolları həcmində vəsait yatırıb. Əmirliklərdən Azərbaycana turist axını artıb və bu artım davam edəcək. Əbu-Dabi, Dubay və Şarcənin Azərbaycan şəhərləri ilə birbaşa hava əlaqəsi, viza rejiminin sadələşdirilməsi kimi amillər bunu stimullaşdırır.

Daha sonra yazıda neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, Azərbaycan iqtisadiyyatının 1,8 faiz artması, ölkə iqtisadiyyatına birbaşa xarici investisiyaların 14 milyard ABŞ dolları təşkil etdiyi və digər makroiqtisadi göstəricilər qeyd olunub.

DiasporNews

Check Also

Şamaxıda müharibə veteranlarının və əlillərin toplantısı olub

“Cəmiyyətin və vətəndаş münаsibətlərinin inkişаfı” İctimаi Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi …

160*600