Home / Aktual / “Ər-Riyad” qəzeti Azərbaycandan yazdı

“Ər-Riyad” qəzeti Azərbaycandan yazdı

Səudiyyə Ərəbistanının “Ər-Riyad” qəzetində “Azərbaycan tolerantlıq və inkişaf respublikasıdır” adlı məqalə dərc olunub.Müəllif Fayız əl-Şəhri məqalədə Azərbaycanda hökm sürən tolerantlıq barədə ətraflı məlumat verir. O, ölkəmizdə vəhdət namazının qılınmasının şahidi olduğunu bildirir.

Məqalədə vurğulanır ki, Azərbaycanda birgəyaşayış nümunəsi diqqəti cəlb edən yeganə məsələ deyil. Bu ölkədə gedən sürətli inkişaf da maraqlıdır. Azərbaycan Sovet İttifaqının dağılmasından sonra – 1991-ci ildə müstəqilliyini bərpa edib.

Yazıda Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal edildiyi də diqqətə çatdırılır. Müəllif Azərbaycanın iqtisadiyyat sahəsində qazandığı uğurlardan da bəhs edir, Dünya Bankının hesabatına görə ölkəmizin ən islahatçı 10 dövlət sırasında olduğu diqqətə çatdırılır.

Fayız əl-Şəhri Azərbaycan xalqının qonaqpərvərliyini də xüsusi vurğulayır. O bildirir ki, Bakıda müasirliklə yanaşı, qədim adət-ənənələr, dəyərlər də qorunub saxlanılır.

Məqalədə, həmçinin tarixi məkanlarımız, o cümlədən İçərişəhər haqqında ətraflı məlumat verilir.

DiasporNews

Check Also

Baş nazir Novruz Məmmədov parlamentdə hesabat verəcək

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.Trend-in məlumatına görə, iclasda Nazirlər Kabinetinin 2018-ci ildə …

160*600