Home / Aktual / Ər-Riyadda Həmrəylik Günü münasibətilə tədbir keçirilib

Ər-Riyadda Həmrəylik Günü münasibətilə tədbir keçirilib

Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı (SƏK) səfirliyində 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilib. Tədbirdə ziyalılar, türk diasporunun nümayəndələri, iş adamları və Krallıqda yaşayan həmvətənlərimiz iştirak ediblər.

Ölkəmizin Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayev çıxış edərək, 1991-ci ildə ümummilli lider Heydər Əliyevin tarixi qərarı ilə elan olunan Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əhəmiyyətindən söhbət açıb. Ş.Abdullayev bu bayramın Azərbaycan xalqının mənəvi birliyini özündə ehtiva etdiyini, eləcə də dünyanın müxtəlif guşələrində məskunlaşan soydaşlarımızın birliyinin təmin olunması istiqamətində atılmış ən dəyərli addım kimi özünü doğrultduğunu diqqətə çatdırıb. Ulu Öndərimizin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artdığını vurğulayan diplomat xaricdə yaşayan həmyerlilərimizin problemlərinin həlli istiqamətində aparılan məqsədyönlü siyasətin nəticələri barədə də geniş məlumat verib.

Ölkəmizin ən başlıca probleminin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və respublikamızın ərazi bütövlüyünün pozulması olduğunu vurğulayan diplomat dünya azərbaycanlılarının münaqişənin həlli istiqamətində səylərini əsirgəməmələrinin, dövlətimizin əleyhinə yönəlmiş təxribatların qarşısının alınmasında ciddi addımlar atmalarının vacibliyini qeyd edib.

Sonra Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevanın baş prodüseri olduğu və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş “Əbədi ezamiyyət” sənədli filmi nümayiş olunub. Tədbir ziyafətlə davam edib.

DiasporNews

Check Also

İsraildə Qara Yanvarla bağlı anım mərasimi keçirilib

İsraildə fəaliyyət göstərən Azİz təşkilatı 20 yanvar faciəsi ilə bağlı tədbir təşkil edib. Tədbirdə şəhidlərin …