Home / Aktual / Qanlı yanvar barədə proqramlar Şimali Kipr dövlət televiziyasında

Qanlı yanvar barədə proqramlar Şimali Kipr dövlət televiziyasında

Şimali Kiprdə fəaliyyət göstərən BRT Dövlət Televiziya kanalında Qanlı yanvar hadisələrinin 29-cu il dönümü ilə bağlı proqram təşkil olunub. Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin təşəbbüsü ilə cəmiyyətin sədri Orxan Həsənoğlu tanınmış teleaparıcı Əziz Qaraəzizin təqdimatında Gündəm Artın qonağı olub.

Orxan Həsənoğlu 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törədilən hərbi cinayətin səbəb və məqsədləri barədə müfəssəl məlumat verib. 20 Yanvar hadisələri və xalqımıza qarşı həyata keçirilən terror hadisələrinin tarixi barədə danışan Orxan Həsənoğlu bildirib ki, “20 yanvar xalqımızın tarixində həmdə qəhrəmanlıq salnaməsinin yazıldığı bir gündür. Milli hislərin oyandığı bir tarix kimi yaddaşımıza həkk olunan bu tarix eyni zamanda ulu öndər Heydər Əliyevin dar gündə Azərbaycan xalqı ilə həmrəy olması ilə yaddaşlarda qalıb.

Diaspor sədri diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük bir inkişaf yolu keçən Azərbaycan artıq 1990-cı illərdəki ölkə deyil. Artıq dünyada özünəməxsus yeri olan və mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edən, dünyada tanınan qüdrətli bir ölkədir.

DiasporNews

Check Also

“Sabantuy Moskva” festivalına “Rusiya Azarbaycanlıları Platformu” da qatılıb

İyulun 6-da Rusiyanın paytaxtdı Moskva şəhərində “Sabantuy Moskva” beynəlxalq festivalı keçirilmişdir. “Rusiya Azarbaycanlilari Platformu” mətbuat …

160*600