Home / Aktual / 20 Yanvar şəhidləri İğdırda yad olunub

20 Yanvar şəhidləri İğdırda yad olunub

Azərbaycanın Qarsdakı baş konsulluğu, Beynəlxalq Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyi və Türkiyə Azərbaycan Dərnəyinin İğdır şöbəsinin birgə təşkilatçılığı ilə Türkiyənin İğdır şəhərində 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunan anım mərasimi keçirilib.

Tədbirdə baş konsulluğun İğdır vilayətindəki məsul əməkdaşı Behbud Qadalının, Beynəlxalq Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin sədri Göksal Gülbəyin və Türkiyə Azərbaycan Dərnəyinin İğdır şöbəsinin sədri İlteriş Kaan Taşkınsunun çıxışları dinlənilib.

Çıxışlarda Qara Yanvar hadisələrinin səbəb, məqsəd və nəticələrindən danışılıb. Diqqətə çatdırılıb ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordu birləşmələri Bakıda, Azərbaycanın digər şəhər və rayonlarında ağır cinayətlər törədiblər.

Diplomat Behbud Qadalı bildirib ki, 20 Yanvar cinayəti Azərbaycan xalqına arxadan vurulan zərbə idi. Ölkəyə qarşı tətbiq olunan informasiya blokadası nəticəsində bu qanlı cinayəti ört-basdır etməyə çalışırdılar. Lakin ulu öndər Heydər Əliyev Azərbaycanın Moskva şəhərindəki daimi nümayəndəliyinə gələrək xalqla həmrəyliyini ifadə etdi, bu cinayəti törədənlər ifşa olundu. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və təkidi ilə 1994-cü ildə Azərbaycan parlamenti 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verdi.

DiasporNews

Check Also

Difahi Fədailər hərəkatının nümayəndələri Keşikçidağda

14 iyul 2019-cu il tarixində Gürcüstandan olan bir qrup şəxsin Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini …

160*600