Home / Aktual / 21 uşaq münaqişə bölgələrindən Azərbaycana gətirilib

21 uşaq münaqişə bölgələrindən Azərbaycana gətirilib

Valideynləri münaqişə ocaqlarında ölən və orada kimsəsiz qalan 21 uşaq Azərbaycana gətirilib. 

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov “Dini və ideoloji təhlükəsizlik” mövzusunda keçirilən tədbirdə deyib.

Komitə rəsmisinin sözlərinə görə, həmin uşaqlar Azərbaycana gətirilərək yaxınlarına qəyyumluğa verilib. S.Heydərov qeyd edib ki, hələ də münaqişə bölgələrində qalan azərbaycanlı qadın və uşaqlar var: “Bu şəxslərin ölkəyə gətirilməsi istiqamətində dövlətlərlə danışıqlar aparılır. Hələlik onların gətirilməsində problem yaşanır. Bundan əlavə, xeyli qadınlar var ki, onlar hazırda həbsdədirlər. Döyüşlərdə iştirak etdiyi üçün edam olunan qadınlar da var. Bəzilərinin məhkəməsi, istintaqı gedir”. 

DiasporNews

Check Also

Turan Beynəlxalq Türk Uyğarlığı Təşkilatının başqanından Ermənistana mesaj

Dərviş Rəcəb Var: “Bir gün Qarabağı sizə məzar edəcəyik” “Turan Beynəlxalq Türk Uyğarlığı Təşkilatı olaraq …

160*600