Home / Aktual / Aktaudan Bakıya gələn gəminin heyəti zəhərləndi – 3 nəfər ölüb

Aktaudan Bakıya gələn gəminin heyəti zəhərləndi – 3 nəfər ölüb

18 oktyabr tarixində saat 21:20 radələrində Xəzər dənizinin mər­kəzi hissəsində, Pirallahı adasından 21 mil məsafədə Aktau-Bakı mar­­şrutu üzrə hərəkət edən İran İslam Respublikasına məxsus “Naz­mehr” quru yük gəmisində heyət üzvlərinin kimyəvi zəhər­lənməsi ilə əla­qədar təxirəsalınmaz köməklik göstərilməsi üçün müra­ciət edilməsi barədə Döv­lət Dəniz Agentliyindən Dövlət Sərhəd Xid­mətinin (DSX) Sahil Mühafizəsinə məlumat daxil olub.
DSX-dən DiasporNews-a bildirilib ki, daxil olmuş məlumat dərhal dövlət sərhədinin mühafizəsində olan Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gözətçi gəmisinə çatdırılıb və İİR gəmisi olan koordinatlara istiqamətləndiril­ib.

Sərhəd gözətçi gəmisi 00:30 radələrində “Nazmehr” yük gəmi­si­nə yan almış və 12 nəfər heyət üzvündən (1 nəfər Ukrayna, 11 nəfər İİR və­təndaşı) huşsuz vəziyyətdə olan 7 nəfəri gəminin göyərtəsinə götü­rərək sürətlə sahilə doğru hərəkət edib. İİR vətəndaşları “Naz­mehr” quru yük gəmisindən təxliyə edilərkən gəmi kapitanı onlardan 3-də həyat əlamətlərinin olmama­sını bildirib. Sərhəd gözətçi gə­misində digər 4 nəfərə ilkin tibbi yardım göstərilib, qabaqlayıcı təd­birlər görülməklə təcili tibbi yardım maşınları Abşerondəniz limanına çağırılıb və xilas edilmiş heyət sahilə çıxarılaraq tibb briqadalarına təhvil verilib.

Saat 04:00 radələrində “Nazmehr” quru yük gəmisinin kapitanı sərhəd gözətçi gəmisi ilə yenidən rabitə əlaqəsi saxlayaraq daha 4 nəfər heyət üzvünün vəziyyətinin pisləşməsini bildirmiş və köməklik göstərilməsini xahiş edib.

Sərhəd gözətçi gəmisi müraciətə dərhal reaksiya verərək gəmiyə doğru istiqamət götürüb və daha 4 nəfər heyət üzvü xilas edilərək Abşeron dəniz limanına çatdırılıb. Xilas edilmiş gəmi heyəti Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib.

DiasporNews

Check Also

Almatıda Azərbaycan bədii filmi nümayiş etdiriləcək

Qazaxıstanın Almatı şəhərində “Şaken Aymanov” beynəlxalq film festivalı keçirilir. Bir sıra ölkələrdən qonaqların dəvət olunduğu …