Home / Aktual / Alman Azərbaycan Dostluq Cəmiyyətinin yeni TV layihəsi

Alman Azərbaycan Dostluq Cəmiyyətinin yeni TV layihəsi

Almaniyanin Bad Honnef şəhərində Azərbaycanla bağlı tədbir keçirilib. Tədbirdə yeni televiziya layihəsinin təqdimatı olub. Tədbiri giriş söğzü ilə açan Alman Azərbaycan Dostluq Cəmiyyətinin sədri Emil Həsənov əvvəlcə səmiyyətin fəaliyyəti barədə ətraflı məlumat verib, Azərbaycan Respublikası ilə Almaniya ilə arasinda ikitərəfli əlaqələrin inkişafindan danışıb.

Daha sonra E.Həsənov yeni layihə -” Echte Show” TV layihəsini mərasim iştirakşilarına təqdim edib. Bildirilib ki, bundan sonra internet üzərindən ayda 1 dəfə alman dilində Azərbaycana həsr olunan televiziya verilişi yayımlanacaq. Qeyd edilib ki, veriliş təcrübəli jurnalistlər tərəfindən hazırlanıb təqdim olunur. İlk proqramda Azərbaycanin milli mətbəxi nümayiş olunub və milli musiqilərimiz səslənib, bir azərbaycanlı ailə ilə bağlı hüquqi-sosial xarakterli müzakirə aparılıb.

Sonda layihə müəlliflərinə Alman Azərbaycan Dostluq Cəmiyyətinin mükafatı təqdim olunub.
Televiziya layihəsinin yaradılmasında məqsəd Almaniyada Azərbaycani media üzrəindən cəmiyyətə təqdim etmək və soydaşlarımızın KİV-lə əlaqələrini möhkəmlən-dirməkdir.

DiasporNews

Check Also

Baş nazir Novruz Məmmədov parlamentdə hesabat verəcək

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.Trend-in məlumatına görə, iclasda Nazirlər Kabinetinin 2018-ci ildə …

160*600