Home / Aktual / Almatıda Azərbaycan bədii filmi nümayiş etdiriləcək

Almatıda Azərbaycan bədii filmi nümayiş etdiriləcək

Qazaxıstanın Almatı şəhərində “Şaken Aymanov” beynəlxalq film festivalı keçirilir.

Bir sıra ölkələrdən qonaqların dəvət olunduğu 14-cü festivalda Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının katibi, tanınmış kino xadimi Oqtay Mirqasımov da iştirak edir. Bu dəfəki festivalda türkdilli dövlətlərin filmlərinin nümayişinə üstünlük verilib.

Festival çərçivəsində keçiriləcək film müsabiqəsində Azərbaycanın “Siçan-pişik” tammetrajlı bədii film göstəriləcək. Filmin quruluşçu rejissoru Fərəc Süleymanov, ssenari müəllifləri Əlibəy Məmmədli və Fərəc Süleymanov, quruluşçu operatoru Ruslan Ağazadə, səs rejissoru Ədalət Xəlilov və Orxan Ağalarov, icraçı prodüseri Qurban Bünyadovdur. Filmdə baş rolları Əlibəy Məmmədli və Pərvanə Talıbzadə canlandırıblar.

Qeyd edək ki, Qazaxıstan kinomatoqrafiyasının təməlini qoyanlardan biri olan Şaken Aymanovun xatirəsinə həsr edilən film festivalının prezidenti tanınmış aktyor və rejissor Asanalı Aşimovdur.

DiasporNews

Check Also

Kolumbiyalı jurnalistlərə Azərbaycan haqqında məlumat verilib

Azərbaycan Respublikasının Boqotadakı səfirliyi Kolumbiyanın “ColPrensa”, “Caracol”, “El Tiempo”, “Diariolaeconomia”, “La semana” və digər nüfuzlu …