Home / Aktual / AMEA ilə Diaspora Komitəsi anlaşdı

AMEA ilə Diaspora Komitəsi anlaşdı

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində AMEA ilə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi arasında anlaşma memorandumunun imzalanma mərasimi keçirilib.

Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə komitə ilə əməkdaşlığın diaspor fəaliyyətinin inkişafına xidmət edəcək təhsil və elmyönümlü ölkədaxili və beynəlxalq tədbirlərin təşkili, habelə müvafiq sahələr üzrə gənc alimlərin, ixtisaslaşmış gənc kadrların yetişdirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov diaspora sahəsində əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirilən islahatlardan, dövlətin bu sahəyə diqqət və qayğısından, eləcə də AMEA-nın institutları ilə əməkdaşlıq perspektivlərindən söz açıb.

Komitə sədri dünyanın müxtəlif ölkələrində Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində diaspor təşkilatlarının fəaliyyətindən söz açaraq, rəhbərlik etdiyi qurumla AMEA arasında birgə və koordinasiyalı fəaliyyətin zəruriliyini qeyd edib. O, iki qurum arasında əməkdaşlığın bundan sonra daha sıx davam etdiriləcəyinə əminliyini bildirib.

Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin “Vətən uzaqda deyil. Vətən sizi gözləyir” şüarının tanıtım videosu təqdim edilib.

Sonra AMEA-nın vitse-prezidentləri, akademiklər İsa Həbibbəyliİradə Hüseynova, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev və Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov çıxış edərək memorandumun müəssisələr arasındakı əlaqələrin səmərəliliyinin artırılmasında mühüm rol oynayacağını bildiriblər.

Tədbirdə, həmçinin AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu tərəfindən hazırlanan “Azərbaycan alimləri diasporu” informasiya sisteminin də təqdimatı olub. Bildirilib ki, informasiya sistemində bu günədək xaricdə yaşayıb fəaliyyət göstərən 500 azərbaycanlı alim haqqında məlumat toplanıb. Bu məlumatlar Diasporla iş üzrə Dövlət Komitəsi, Xarici İşlər Nazirliyi, Təhsil Nazirliyi, AMEA-nın elmi müəssisə və təşkilatları, həmçinin ölkənin bir sıra dövlət təşkilatları və təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində əldə edilib.

Daha sonra tərəflər arasında anlaşma memorandumu imzalanıb.

Sənəddə diaspor sahəsinin inkişafına və müvafiq problemlərinin öyrənilməsinə elmi dəstəyin verilməsi, Diasporla İş üzrə Dövlət Komitəsinin sifarişinə əsasən, “Azərbaycan alimləri diasporu” informasiya sisteminin işlənilməsi, xaricdə yaşayan azərbaycanlı alimlərlə əlaqələrin qurulması, onlarla birgə tədbirlərin təşkili və s. məsələlər yer alır. 

Memorandumu akademik A.Əlizadə və F.Muradov imzalayıblar.

DiasporNews

Check Also

Turan Beynəlxalq Türk Uyğarlığı Təşkilatının başqanından Ermənistana mesaj

Dərviş Rəcəb Var: “Bir gün Qarabağı sizə məzar edəcəyik” “Turan Beynəlxalq Türk Uyğarlığı Təşkilatı olaraq …

160*600