Home / Aktual / Amerikada fəaliyyət göstərən diaspor rəhbərləri Dövlət Komitəsində

Amerikada fəaliyyət göstərən diaspor rəhbərləri Dövlət Komitəsində

Azərbaycanda keçirilən Nəsimi Festivalı çərçivəsində Bakıya dəvət olunan “Bruklin-Bakı Dostluq Assosiasiyası”nın prezidenti Marietta Rozental, “Mənim Yolum” İnkişaf Mərkəzinin prezidenti Elina Xanukova və “AZZEM” Beynəlxalq Fondunun prezidenti Oleq Mövsümov Diasporla İş üzrə Dövlət Komitəsində olub. 

Komitədən DiasporNews-a verilən xəbərə görə, görüşdə Amerikada fəaliyyət göstərən diaspor təşkilatlarının fəaliyyəti, təşkilatlar arasında koordinasiyanın gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, qonaqlara Dövlət Komitəsinin yenilənmiş internet sayt və ilk dəfə yaradılan diaspor xəritəsi barədə məlumat verilib.

Komitə sədrinin birinci müavini Valeh Hacıyev, aparat rəhbəri Daşqın Rəcəbli və Amerika şöbəsinin müdir müavini Səlhət Abbasovanın iştirak etdiyi görüşdə Azərbaycan diaspor təşkilatlarının yaxın gələcəkdə ABŞ-da həyata keçirəcəyi layihələr haqqında da müzakirələr aparılıb.

DiasporNews

Check Also

“Sabantuy Moskva” festivalına “Rusiya Azarbaycanlıları Platformu” da qatılıb

İyulun 6-da Rusiyanın paytaxtdı Moskva şəhərində “Sabantuy Moskva” beynəlxalq festivalı keçirilmişdir. “Rusiya Azarbaycanlilari Platformu” mətbuat …

160*600