Home / Aktual / ATU-da İctimai Nəzarət və Məsləhət Şurasının üzvüləri növbəti reyd-yoxlamalar keçirib

ATU-da İctimai Nəzarət və Məsləhət Şurasının üzvüləri növbəti reyd-yoxlamalar keçirib


26 aprel 2019-cu il tarixində Azərbaycan Tibb Universiteti Rektoru yanında İctimai Nəzarət və Məsləhət Şurasının üzvüləri universitet kafedralarında növbəti reyd-yoxlamalar keçirmişdir. Şuranın sədri, millət vəkili, həkim-qastroenteroloq İlham Məmmədov və şura üzvləri – Milli Qeyri Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni, ATU-nun əczaçılığın texnologiyası və idarəçiliyi kafedrasının baş müəllimi, “Gənc vətəndaş” İctimai Birliyinin sədr müavini Aidə Bəndəliyeva, tələbə-dekan Məhərrəm Amilli ATU-nun Tədris-terapevtik Klinikasında yerləşən bir sıra kliniki kafedralarda olmuş, universitetin IV, V, VI kurs tələbələriylə görüşmüş, dərslərin gedişatını izləmişlər. Dərs zamanı hər bir kafedrada dərslərin illik iş planları üzrə təsdiq edilmiş proqram üzrə aparılması və müəllimlərin bu plana uyğun fəaliyyət göstərdikləri müəyyən olunmuşdur. Görüşdə tələbələrlə İŞ üzvüləri arasında gedən söhbət zamanı, tələbələr tədrisin keyfiyyətinin gələcəkdə daha da yaxşılaşdırılması və savadlı tibb kadrlarının hazırlanmasıyla bağlı bir çox irad və təkliflərini bildirdilər. Bu cür təkliflər gələcəkdə respublikamızda tibbi sığortanın tətbiqiylə yanaşı, həmçinin rezidenturayla da bağlı sahədə də səsləndirildi. İŞ-nın üzvüləri keçirilən reyd zamanı bir daha ATU-da son illərdə aparılan islahatların mühüm nəticə verdiyinin şahidi olduqlarını xüsusi qeyd etdilər. 

Check Also

Hansı daşı daş üstünə qoymusan ki?

”Dəlib deşir ürəyi, dərt ürəkdə qalanda. Dərdləşmək gözəl işdi, dərdini duyan ola” Rəhmətlik Zəlmixan Yaqubun …

160*600