Home / Aktual / Avropa Azərbaycanlıları Konqresi bəyanat yaydı

Avropa Azərbaycanlıları Konqresi bəyanat yaydı

Avropa Azərbaycanlıları Konqresi Azərbaycana qarşı qəbul edilən qərəzli qətnamə ilə əlaqədar Avropa Parlamentinə bəyanat ünvanlayıb. Bəyanatda deyilir ki, hər zaman beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq edən Azərbaycana qarşı son vaxtlar bəzi qüvvələrin təsiri altında qeyri-obyektiv və qərəzli münasibət nümayiş etdirilir. 

Bəyanat müəllifləri hesab edir ki, 17 yanvar 2019-cu il tarixində Avropa Parlamentində, bloqqer Mehman Hüseynovun işi ilə bağlı, ikili standartların daha bir nümunəsi olan, qətnamənin böyük səs çoxluğu ilə qəbul edilməsi Azərbaycana qarşı qərəzli münasibətin təzahürüdür. Bu məsələnin qəsdən şişirdildiyini bildirən Azərbaycan diaspor nümayəndələri Avropa Parlamenti kimi nüfuzlu beynəlxalq təşkilatın Ermənistanda baş verən cinayətlərə, qanunsuzluqlara, parlament səviyyəsində törədilən terror hadisələrinə, həmçinin son günlər Avropa ölkələrini, o cümlədən Fransanı bürüyən mitinqlərə və yüzlərlə aksiya iştirakçısının hüququnun pozulmasına göz yummasını təəssüflə qeyd edir.

Avropa Azərbaycanlılar Konqresi Avropa Parlamentinin qəbul etdiyi qərəzli qətnaməni və Azərbaycanla bağlı səslənən qeyri-obyektiv ittihamları mütəmadi olaraq ölkəmizə qarşı aparılan qarayaxma kampaniyalarının tərkib hissəsi kimi qiymətləndirir. Bu kampaniyaların arxasında ölkəmizin inkişafını istəməyən, erməni lobbisinin təsiri altında fəaliyyət göstərən müəyyən qrupların və anti-Azərbaycan qüvvələrin dayandığı bildirilir: “Bu qrupların yeganə məqsədi inkişafda olan, müasir, müstəqil siyasət aparan Azərbaycanı ləkələmək, Avropada Azərbaycan haqqında yanlış fikir formalaşdırmaqdır”.

Avropa Azərbaycanlıları Konqresi Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qərəzli qətnaməni şiddətlə qınayır və Azərbaycan dövlətinə qarşı yönəlmiş ikili standartlar siyasətinə son qoyulmasını tələb edir.

DiasporNews

Check Also

“Sabantuy Moskva” festivalına “Rusiya Azarbaycanlıları Platformu” da qatılıb

İyulun 6-da Rusiyanın paytaxtdı Moskva şəhərində “Sabantuy Moskva” beynəlxalq festivalı keçirilmişdir. “Rusiya Azarbaycanlilari Platformu” mətbuat …

160*600