Home / Aktual / Avstriyada Həmrəylik Günü qeyd olunub

Avstriyada Həmrəylik Günü qeyd olunub

Avstriyanın Zaltsburq şəhərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilib.

DiasporNews xəbər verir ki, Avstriya Azərbaycanlıları Cəmiyyətinin təşkil etdiyi tədbirdə bu ölkədə yaşayan soydaşlarımızla yanaşı yerli ictimaiyyətin nümayəndələri və digər diaspor təşkilatlarının üzvləri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının dövlət himninin oxunması ilə başlayıb. Sonra Avstriya Azərbaycanlıları Cəmiyyətinin sədri Fərid Əzizov tədbiri açıq elan edərək, iştirakçılara Cəmiyyətin məqsəd və məramı barədə məlumat verib. Həmrəylik Günü barədə danışan F.Əzizov bu gün xaricdə yaşayan soydaşlarımız arasında birliyin nə qədər vacib olmasını vurğulayıb, onların yaşadıqları ölkədə yerli mühitə inteqrasiya edərək, Azərbaycan haqqında həqiqətləri yerli ictimaiyyətə çatdırmağa çağırıb.

Avstriyada yaşayan azərbaycanlı iş adamı Rauf Kamil müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın uğurlarından söz açıb və təşkilata fəaliyyətində uğurlar arzulayıb. Sonda tədbirdə iştirak edən körpələrə hədiyyələr təqdim olunub.

DiasporNews

Check Also

Çingiz Əliyev:”Tuvada diasporumuz bütün rəsmi tədbirlərdə təmsil olunur”

Ucsuz-bucaqsız Rusiyanın regionlarında azərbaycanlı gənclərin aktivliyi və deputat olaraq fəaliyyət göstərmələri qürurvericidir. Rusiyanın Tuva Xalq …

160*600