Home / Aktual / Azər Süleymanov: “Zurabişvili ermənilərə verdiyi vədlərə əməl edir”

Azər Süleymanov: “Zurabişvili ermənilərə verdiyi vədlərə əməl edir”

Salome Zurabişvili seçkiqabağı ermənilərə verdiyi vədləri bir-bir yerinə yetirir. Gürcüstan parlamentinin deputatı Azər Süleymanov Gürcüstanın Axalkalaki rayonunun Buqaşen kəndində Azərbaycan torpaqlarının işğalında iştirak etmiş Mixeil Avagyanın abidəsi ucaldılmasına sərt etirarızını bildirib.

“Əli Azərbaycan xalqının qanına batmış separatçı Mixeil Avagyanın abidəsinin açılması Azərbaycan-Gürcüstan əlaqələrinə xəyanətdir. Həm də abidənin qoyulması illərlə formaşalan Azərbaycan-Gürcüstan əlaqələrini məhv etməkdir. Xüsusilə, bütün dünya azərbaycanlılarının 20 yanvar faciəsinin qeyd etdiyi ərəfədə bu addımın atılması Azərbaycana arxadan xəncərlə vurmaqdır.

Unutmaq olmaz ki, “kobra” ləqəbli qatil Mixeil Avagyanın Abxaziyada təlim keçmiş cinayətkardır. Bu deməkdir ki, Gürcüstana qarşı döyüşlərdə iştirak edib. Onun əli gürcü millətinin qanına batıb. Gürcüstana qarşı döyüşlərdə iştirak edən hansısa cinayətkar şəxsin abidəsini Azərbaycan dövləti açsa idi, Gürcüstan tərəfinin mövqeyi necə olardı?.

Xatırlayırsınızsa, Gürcüstan prezidenti Salome Zurabişvili seçkiqabağı Axalkalaki rayonunda erməni seçiçiləri ilə görüşündə onlara vədlər vermişdir. Bu gün həmin vədlər yerinə yetirir. Onların içüzü ortaya çıxır. Çünki Borçalı bölgəsi seçkilərdə Mixail Saakaşviləyə səs verdi. Salome Zurabişvili indi də intiqam alır. Həm də proseslərin arxasında Bidzina İvanişvili höküməti durur və birbaşa dəstək verir”.

Elnur Eltürk

DiasporNews

Check Also

Biz Bizdən nə istəyirik?

Son zamanlarda məni ən çox düşündürən suallardan biridir. Görəsən biz bizdən olanlardan nə istəyirik? neyi …

160*600