Home / Aktual / Azərbaycan Cənubi Sudana sülhməramlı göndərir

Azərbaycan Cənubi Sudana sülhməramlı göndərir

Azərbaycan Cənubi Sudana sülhməramlı göndərəcək. DiasporNews xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin imzası ilə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinə layihə daxil olub.

Layihədə qeyd olunub ki, 4 nəfərlik heyət BMT sülhməramlıları missiyası tərkibində olacaq. Onlardan 3-ü zabit, 1-i isə müşahidəçi qismində təmsil olunacaq. Komitə layihəni müzakirə edərək plenar iclasa tövsiyə edib.

DiasporNews

Check Also

Baş nazir Novruz Məmmədov parlamentdə hesabat verəcək

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.Trend-in məlumatına görə, iclasda Nazirlər Kabinetinin 2018-ci ildə …

160*600