Home / Aktual / Azərbaycan icması kanadalıları milli mətbəximizlə tanış edib

Azərbaycan icması kanadalıları milli mətbəximizlə tanış edib

Kanadanın Ottava şəhərindəki Azərbaycan icması milli mətbəximizin yerli sakinlərə tanıdılması məqsədilə “Gutab making Workshop” adlı tədbir keçirib. 9 Noyabr Azərbaycanın Dövlət Bayrağı gününə təsadüf edən tədbirdə Ottava şəhərində yaşayan azərbaycanlılar, müxtəlif xalqların təmsilçiləri və Azərbaycanın Kanadadakı Səfirliyinin nümayəndəsi iştirak edib.

Tədbirdə qonaqlara Azərbaycan haqqında ətraflı məlumat verilib. Ölkəmizin tarixi, dövlətçilik ənənələri, zəngin mədəniyyəti, mətbəxi, təbiəti, turizm imkanları barədə danışılıb, müzakirələr aparılıb.

Görüşdə eyni zamanda, digər xalqların nümayəndələrini milli mətbəximizin nümunələri ilə əyani tanış etmək məqsədilə qutabın hazırlanması haqqında məlumat verilib, onlara qutabın bişirilməsini öyrənmək və hazılrlamaq imkanı yaradılıb.

Qonaqlar, xüsusilə yerli gənclər maraqlı görüşün təşkilinə görə Azərbaycan icmasının üzvlərinə təşəkkür edib və belə tədbirlərin mütəmadi keçirilməsinin qarşılıqlı dostluq əlaqələrinin möhkəmlənməsi üçün vacibliyini vurğulayıblar.

DiasporNews

Check Also

Londonda ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Krallığındaki səfirliyində ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı …