Home / Aktual / Azərbaycan-İran sərhədini pozan əcnəbilər saxlanıldı

Azərbaycan-İran sərhədini pozan əcnəbilər saxlanıldı

Azərbaycandan İrana qanunsuz yolla gəlməyə çalışan Banqladeş vətəndaşları saxlanılıb.

DiasporNews Dövlət Sərhəd Xidmətinə istinadən xəbər verir ki, oktyabrın 31-də saat 19:15 radələrində Biləsuvar rayonunun Biləsuvar kəndinin ərazisində Azərbaycandan İran istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 3 nəfər Banqladeş Xalq Respublikası vətəndaşı – 1991-ci il təvəllüdlü Hossain MD Kamran, 1982-ci il təvəllüdlü Mollah Salım, 1988-ci il təvəllüdlü Hovlader Abdul Ali, həmçinin niyyətləri İrandan Türkiyəyə getmək olan sərhəd pozucularına dövlət sərhədini keçməyə vasitəçilik edən Biləsuvar rayonu Əskərabad kənd sakini 1966-cı il təvəllüdlü Hüseynov Rasət Qəhrəman oğlu DSX əməkdaşları tərəfindən saxlanılıb.

R.Hüseynov törətdiyi cinayət əməlini etiraf edərək, hadisədən bir ne¬çə gün öncə Banqladeş Xalq Respublikası vətəndaşlarını yaxın qohumunun işlədiyi Biləsuvar rayonu ərazisindəki otellərin birində yerləşdirərək müəyyən məbləğ qarşısında əcnəbi vətəndaşları qeyri-qanuni yolla İran İslam Respublikası ərazisinə keçirməyə cəhd etməsini qeyd edib.

Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

DiasporNews

Check Also

Hansı daşı daş üstünə qoymusan ki?

”Dəlib deşir ürəyi, dərt ürəkdə qalanda. Dərdləşmək gözəl işdi, dərdini duyan ola” Rəhmətlik Zəlmixan Yaqubun …

160*600