Home / Aktual / Azərbaycan Lüksemburq Beynəlxalq Bazarında təmsil olunacaq

Azərbaycan Lüksemburq Beynəlxalq Bazarında təmsil olunacaq

Dekabrın 8 və 9-da Lüksemburqda ənənəvi Beynəlxalq Lüksemburq Bazarı keçiriləcək. 70 ölkənin iştirak edəcəyi bu tədbirdə Azərbaycan-Lüksemburq Ticarət Palatasının və bu ölkədə fəaliyyət göstərən “Qarabağ” Assosiasiyasının təşkilatçılığı ilə ölkəmiz böyük stendlə təmsil olunacaq.

Beynəlxalq Lüksemburq Bazarında milli ornamentlərlə bəzədiləcək stenddə ölkəmizin tarixi, mədəniyyəti, musiqisi, mətbəxi ilə bağlı nəşrlər, eləcə də bir çox Azərbaycan şirkətlərinin yeyinti məhsulları – meyvə şirələri, mürəbbələr, milli şirniyyatlar təqdim ediləcək.

Qeyd edək ki, ölkəmiz artıq yeddinci ildir bu tədbirdə təmsil olunur. Multikulturalizm mühitində fəaliyyət göstərən bu bazar xeyriyyəçilik məqsədilə keçirilir, əldə edilən gəlir köməyə ehtiyacı olan ölkəyə verilir.

DiasporNews

Check Also

Azərbaycanlı xanım Kamçatka gözəli seçilib

Rusiyanın Kamçatka diyarında ilk dəfə keçirilən “2018-ci ilin etno-gözəli” müsabiqəsinin qalibi azərbaycanlı Ruhiyyə Mustafayeva olub. …