Home / Aktual / Azərbaycan musiqisi Kaliforniya Senatında

Azərbaycan musiqisi Kaliforniya Senatında

ABŞ-ın Kaliforniya Ştat Senatının dəvəti ilə sentyabrın 4-də Azərbaycan musiqiçilərinin iştirakı ilə Senatda geniş konsert proqramı keçirilib. Konsertdə azərbaycanlı vokalist Mərziyyə Hüseynova, pianoçu Aida Elxanzadə və Sakramento Gənclər Simfonik orkestrinin skripkaçısı Lida Qafarın ifalarında Azərbaycan və Avropa klassik musiqi əsərləri səsləndirilib.

Bu barədə DiasporNews-a Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun dəstəyi, Kaliforniya Ştat Senatoru Riçard Panın və Kaliforniya paytaxtı Sakramentodakı Azərbaycan icmasının təşkilatçılığı ilə keçirilən konsertdə Kaliforniya stat qanunverici orqanının təmsilçiləri, elm, təhsil və mədəniyyət ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Konsertdən öncə çıxış edən Kaliforniya Ştat Senatoru Riçard Pan qonaqları salamlayaraq, bu cür önəmli mədəniyyət tədbirinin Kaliforniya Senatında keçirilməsindən çox məmnun olduğunu bildirib.

Sonra çıxış edən Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun konsulu Orxan Rüstəmli Azərbaycan haqqında tədbir iştirakçılarına məlumat verərək, ölkəmizin qədim tarixə, zəngin mədəniyyətə və musiqiyə sahib olduğunu diqqətə çatdırıb.

Çıxışlardan sonra azərbaycanlı musiqiçilər M.Hüseynova, A.Elxanzadə və L.Qafarın ifalarında Azərbaycan və Avropa klassik musiqi əsərləri təqdim olunub. Konsert tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanıb. Bu tədbir Kaliforniya Ştat Senatında Azərbaycan musiqiçilərinin iştirakı ilə keçirilən ilk konsert kimi tarixə düşüb.

 

DiasporNews

Check Also

Qızılgüllərlə bəzədilmiş ən böyük hovuz Azərbaycanda!

Bugünə kimi yalnız əcnəbi filmlərdə görə biləcəyimiz səhnəni Azərbaycanda ilk dəfə “7gul.az” gül butiki reallaşdırıb. …

160*600