Home / Aktual / Azərbaycan-Polşa əlaqələri müzakirə olunub

Azərbaycan-Polşa əlaqələri müzakirə olunub

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Polşa Respublikasının xarici işlər nazirinin təhlükəsizlik, Şərq siyasəti və Amerika siyasəti üzrə müavini Baroş Çixotskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən DiasporNews-a bildiriblər ki, görüşdə iki ölkə arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərindən məmnunluq ifadə edilib və ikitərəfli əməkdaşlıq gündəliyinin bir sıra məsələləri, o cümlədən iqtisadi, energetika, nəqliyyat, ticarət, kommunikasiya, kənd təsərrüfatı və digər sahələr üzrə geniş fikir mübadiləsi aparılıb.

Nazir Elmar Məmmədyarov bölgədə mövcud olan geosiyasi və təhlükəsizlik vəziyyəti barədə qarşı tərəfə məlumat verib, bu xüsusda həlli uzadılmış münaqişələrin bölgənin təhlükəsizliyinə əsas hədə olduğunu vurğulayıb və Polşanın Azərbaycanın suverenlik, müstəqillik və ərazi bütövlüyünə verdiyi dəstəyinə görə təşəkkürünü ifadə edib.

Polşalı nazir müavini ölkəsinin beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə də suverenlik və ərazi bütövlüyünə hörmət prinsipinə münasibətdə birmənalı mövqe tutduğunu və bu yanaşmanın bütün hallara münasibətdə eynilə tətbiq edilməsinin tərəfdarı olduğunu bildirib.

Tərəflər iki ölkə arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin münasibətlərin daha da inkişafında əhəmiyyətli rol oynadığını qeyd ediblər.

Ölkələr arasında mövcud olan dialoq tempinin gələcəkdə də qorunub saxlanılmasının əhəmiyyəti vurğulanıb.

DiasporNews

Check Also

Lüksemburqda azərbaycanlı rəssamın fərdi sərgisi açılıb

Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyi və Lüksemburqda fəaliyyət göstərən “Qarabağ” Azərbaycan Mədəniyyət …