Home / Aktual / Azərbaycan Qadınlar Assosiasiyası Londonda xeyriyyə keçirib

Azərbaycan Qadınlar Assosiasiyası Londonda xeyriyyə keçirib

Böyük Britaniyadakı Azərbaycan Qadınlar Assosiasiyası (AWA UK) London Beynəlxalq Qadınlar Birliyi Federasiyası (FIWAL) ilə birgə “Payız Qala Axşamı” təşkil edib. Tədbirə Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə, Türkiyənin Böyük Britaniyadakı səfiri Ümit Yalçın, həmçinin bir sıra xarici və yerli qonaqlar qatılıblar.

Böyük Britaniyadakı Azərbaycan Qadınlar Assosiasiyasının yaradıcısı Ülviyyə Tağızadə təşkilatın qurulduğu bir il müddətində təşkil edilən tədbirlər haqqında məlumat verib və Böyük Britaniyadakı azərbaycanlı qadınlar ilə digər millətlərdən olan qadınlar arasında əlaqə qurulmasının əhəmiyyəti haqqında danışıb.

London Beynəlxalq Qadınlar Birliyi Federasiyasının rəhbəri Laura Shcapira bildirib ki, 1986-cı ildən fəaliyyətə başlayan Federasiya 33 qadın təşkilatını özündə birləşdirir. O, qadınların bir araya gəlməsinin əhəmiyyətinə də toxunub. Daha sonra, soprano Sophie Atalar və pianinoda Səadət Fərziyeva Azərbaycanın milli musiqilərini səsləndiriblər.

Qeyd edək ki, xeyriyyə axşamında Böyük Britaniyalı rəssamlara məxsus əsərlər, Quba və Təbriz xalçaları, Gülnarə Xəlilovaya məxsus paltarlar, məşhur futbolçu Mesut Özilin imzalı forması kimi müxtəlif əşyalar auksionda nümayiş olunub. Xeyriyyə axşamında əldə olunan gəlir “Yaradan” layihəsindəki 12-16 yaşlı uşaqlara dəstək məqsədi ilə istifadə olunacaq.

DiasporNews

Check Also

Londonda ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Krallığındaki səfirliyində ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı …