Home / Aktual / Azərbaycan səfiri Rusiya XİN-də

Azərbaycan səfiri Rusiya XİN-də

Yanvarın 11-də Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovun Müstəqil Dövlətlər Birliyinə(MDB) üzv dövlətlərin səfirləri ilə işçi səhər yeməyi formatında görüşü təşkil olunub. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu görüşdə iştirak edib.
Görüşdə 2018-ci ildə Birlik formatında çoxtərəfli qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi istiqamətində görülən işlərə yekun vurulub, yaxın bir ildə MDB-də Türkmənistanın sədrliyi ilə xarici siyasi əlaqələndirmənin möhkəmləndirilməsi əsasında prioritetlər və mühüm vəzifələr müəyyən edilib.

İştirakçılar, həmçinin aktual beynəlxalq və regional mövzular ətrafında fikir mübadiləsi aparıblar.

DiasporNews

Check Also

İsraildə Qara Yanvarla bağlı anım mərasimi keçirilib

İsraildə fəaliyyət göstərən Azİz təşkilatı 20 yanvar faciəsi ilə bağlı tədbir təşkil edib. Tədbirdə şəhidlərin …