Home / Aktual / Azərbaycan səfiri təltif edildi

Azərbaycan səfiri təltif edildi

Azərbaycanın Braziliyadakı səfiri Elxan Poluxov ölkəmiz ilə Braziliyanın Qoyas ştatı arasında münasibətlərin qurulması və inkişafına verdiyi töhfəyə görə həmin ştatın qubernatoru Jose Eliton de Figueredo Junior tərəfindən “Ordem do Merito Anhaguera” mükafatı ilə təltif edilib.

Səfirlikdən DiasporNews-a bildiriblər ki, mükafatın təqdim edilməsi mərasimində qubernator Jose Eliton de Figueredo Junior çıxış edərək səfir Elxan Poluxova Azərbaycan ilə Braziliyanın Qoyas ştatı arasında əlaqələrin qurulması və dinamik inkişafı üçün göstərdiyi səylərə görə təşəkkür edib, bu əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini bildirib.

Səfir Elxan Poluxov yüksək mükafata görə qubernatora təşəkkür edib, cari ildə Qoyas ştatında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi, Azərbaycan ilə Braziliya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr edilmiş fotosərgi və biznes forumun keçirildiyini diqqətə çatdırıb.

Səfir, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və eləcədə Azərbaycanın erməni silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərində qanunsuz olaraq həbs edilən Dilqəm Əsgərov və Şahbaz Quliyev haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.

Tədbirdə, həmçinin Avstriya və İsrailin səfirləri də eyni medal ilə təltif ediliblər. Qeyd edilməlidir ki, “Ordem do Merito Anhaguera” medalı Qoyas ştatının ən yüksək medalıdır.

DiasporNews

Check Also

Turan Beynəlxalq Türk Uyğarlığı Təşkilatının başqanından Ermənistana mesaj

Dərviş Rəcəb Var: “Bir gün Qarabağı sizə məzar edəcəyik” “Turan Beynəlxalq Türk Uyğarlığı Təşkilatı olaraq …

160*600