Home / Aktual / Azərbaycan Türkiyəyə 14,5 milyard dollar investisiya yatırıb

Azərbaycan Türkiyəyə 14,5 milyard dollar investisiya yatırıb

Azərbaycan Türkiyəyə 14,5 milyard ABŞ dolları dəyərində investisiya yatırıb. DiasporNews xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov “Türkiyə ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıqda yeni üfüqlər” adlı simpoziumda deyib.

O bildirib ki, yatırılan investisiyaların 13 milyard dolları neft sektoruna, 1,5 milyard dolları isə qeyri-neft sektoruna yatırılıb. Türkiyənin isə Azərbaycana qoyduğu investisiyaların həcmi 11,8 milyard ABŞ dolları dəyərindədir ki, bunun da 9,1 milyard dolları neft, 2,7 milyard dolları isə qeyri neft sektoruna yönəldilib.

DiasporNews

Check Also

“Cəmiyyətin və vətəndаş münаsibətlərinin inkişаfı” İctimаi Birliyinin layihəsi davam edir

“Cəmiyyətin və vətəndаş münаsibətlərinin inkişаfı” İctimаi Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi …

160*600