Home / Aktual / Azərbaycana 189 ölkədən 1 milyondan çox turist gəlib

Azərbaycana 189 ölkədən 1 milyondan çox turist gəlib

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2018-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycana dünyanın 189 ölkəsindən 1325,0 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,2 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

DiasporNews Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, gələnlərin 30,5%-i Rusiya Federasiyası, 21,1%-i Gürcüstan, 11,1%-i İran, 10,8%-i Türkiyə, 3,6%-i Birləşmiş Ərəb Əmirlikləri, 2,1%-i İraq, 2,0%-i Ukrayna, 18,7%-i digər ölkələrin vətəndaşları, 0,1%-i isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 68,5%-ini kişilər, 31,5%-ini isə qadınlar təşkil edib. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 14,1%-i yanvar, 12,5%-i fevral, 20,9%-i mart, 16,5%-i aprel, 15,7%-i may, 20,3%-i isə iyun ayında ölkəyə gəlib.

Cari ilin yanvar-iyun aylarında Körfəz ölkələrindən (İran istisna olunmaqla) gələnlərin sayında daha çox artım müşahidə edilib. Ötən ilin yanvar-iyun ayları ilə müqayisədə ölkəmizə gələn Küveyt vətəndaşlarının sayı 5,1 dəfə, Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 3,5 dəfə, Bəhreyn vətəndaşlarının sayı 2,6 dəfə, Qətər vətəndaşlarının sayı 2,1 dəfə, Oman vətəndaşlarının sayı 1,6 dəfə, İraq vətəndaşlarının sayı 44,3 faiz, Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının sayı 8,8 faiz artıb. İrandan gələnlərin sayında 18,8 faiz azalma müşahidə edilib. Körfəz ölkələrindən gələnlərin ümumi sayı 4,9 faiz artaraq 276,6 min nəfər təşkil edib və ümumilikdə ölkəmizə gələnlərin demək olar ki, hər beş nəfərindən biri Körfəz ölkələrindən olub.

2018-ci ilin yanvar-iyun aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 6,3 faiz artaraq 53,5 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 7,5 faiz artaraq 478,3 min nəfər olub.

Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 59,9%-i dəmir yolu və avtomobil, 39,2%-i hava, 0,9%-i isə su nəqliyyatından istifadə edib.

DiasporNews

Check Also

Hansı daşı daş üstünə qoymusan ki?

”Dəlib deşir ürəyi, dərt ürəkdə qalanda. Dərdləşmək gözəl işdi, dərdini duyan ola” Rəhmətlik Zəlmixan Yaqubun …

160*600