Home / Aktual / Azərbaycanda Konstitusiya günüdür

Azərbaycanda Konstitusiya günüdür

Bu gün Azərbaycan Respublikasının Konstitusiya Günüdür. DiasporNews xəbər verir ki, müstəqil Azərbaycanın Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda qəbul edilib, noyabrın 27-dən qüvvəyə minib.

Qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə respublikanın dördüncü Konstitusiyasıdır. Belə ki, Azərbaycanın ilk Konstitusiyası SSRİ dövründə, 1921-ci ilin mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul olunub. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiyası da əvvəlki konstitusiyalar kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılıb.

Azərbaycan müstəqillik əldə etdikdən sonra prezident Heydər Əliyevin rəhbərliyi ilə xüsusi komissiya yaradılıb, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə çıxarılıb. 1995-ci il noyabrın 12-də referendumla müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunub.

Xatırladaq ki, Konstitusiya günü bayram kimi qeyd olunsa da, noyabrın 12-si iş günüdür.

DiasporNews

Check Also

Almaniyada Koordinasiya Şurasının ilk iclası keçirilib

Berlində Almaniya Azərbaycanlılarının Koordinasiya Şurasının ilk iclası keçirilib. Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyindən  DiasporNews-a verilən xəbərə …