Home / Aktual / Azərbaycandan MDB ölkələrinə 1 milyardlıq məhsul ixrac olunub

Azərbaycandan MDB ölkələrinə 1 milyardlıq məhsul ixrac olunub

Ötən il Azərbaycandan MDB ölkələrinə 1 milyard 138 milyon 217 min ABŞ dolları dəyərində məhsul ixrac edilib. Dövlət Gömrük Komitəsindən DiasporNews-a bildirilib ki, bu göstərici 2017-ci ilə nisbətən 88 milyon 143 min dollar artım deməkdir. 2018-ci ildə Azərbaycanın MDB ölkələrindən idxal etdiyi məhsulun dəyəri isə 2 milyard 862 milyon 139 min dollar olub.

Bütövlükdə 2018-ci ildə Azərbaycan xarici ölkələrlə 30,924 mlrd. ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, 2017-ci illə müqayisədə 37% çoxdur. Ötən il ticarət dövriyyəsinin 19,459 mlrd. dolları ixracın, 11,465 mlrd. dolları idxalın payına düşüb. Bir ildə ixrac 41%, idxal isə 31% artıb.

DiasporNews

Check Also

“Cəmiyyətin və vətəndаş münаsibətlərinin inkişаfı” İctimаi Birliyinin layihəsi davam edir

“Cəmiyyətin və vətəndаş münаsibətlərinin inkişаfı” İctimаi Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi …

160*600