Home / Aktual / Azərbaycanın axtardığı fırıldaqçı Rusiyada tutuldu

Azərbaycanın axtardığı fırıldaqçı Rusiyada tutuldu

Fırıldaqçılıq yolu ilə mülki cinayət törətməkdə ittiham olunaraq “İnterpol” xətti ilə beynəlxalq axtarışa verilən Azərbaycan vətəndaşı, ehtiyatda olan 38 yaşlı mayor İrkutsk şəhərində Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən həbs edilib. Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin (DİN) İrkutsk əyaləti Baş İdarəsinin rəsmi saytında yerləşdirilən məlumatda bildirilib.

Qeyd olunub ki, bu yaxınlarda Rusiya DİN-in İrkutsk əyaləti Baş İdarəsinin “İnterpol” Milli Mərkəzi Bürosuna Azərbaycanın axtarışda olan vətəndaşının əyalətin mərkəzində olduğu barədə məlumat daxil olub. İnformasiyanın dəqiqliyini təsdiqləndikdən sonra aparılan operativ axtarış əməliyyatları nəticəsində 38 yaşlı şübhəli həbs edilib.

Aydın olub ki, 38 yaşlı saxlanılan şəxs 3 il əvvəl mayor rütbəsilə hərbi xidmətdən gedib. Saxta sənədlərlə pensiya düzəltmək adı ilə bir neçə nəfərdən minlərlə dollar pul alaraq mənimsəyib. Onun bu əməlindən xəbər tutan Azərbaycan hüquq-mühafizə orqanları fırıldaqçılıq faktı üzrə cinayət işi açaraq həmin şəxsi beynəlxalq axtarışa verib.

DiasporNews

Check Also

“Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyi layihəyə start verdi

“Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyi 01.05.2019-cu il tarixindən etibarən Azərbaycan Respublikasının Prezidenti …

160*600