Home / Aktual / Azərbaycanın müdafiə xərcləri artırılır

Azərbaycanın müdafiə xərcləri artırılır

Azərbaycanda 2019-ci ilin dövlət büdcəsindən müdafiə sahəsi üçün ayrılan vəsaitin məbləği açıqlanıb.
DiasporNews xəbər verir ki, 2019-cu il dövlət büdcəsi zərfində müdafiə xərcləri üçün nəzərdə tutulan vəsait 3 milyard 37 milyon 618 min manat təşkil edir. Bu məbləğdən müdafiə qüvvələri üçün nəzərdə tutulan vəsait 1 milyard 494 milyon manat, milli təhlükəsizlik üçün 156 milyon 989 min manatdır.

Müdafiə və təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar üçün 2,8 milyon manat, digər kateqoriyalara aid edilməyən xərclərə sərf ediləcək vəsait isə təqribən 1,4 milyard manat nəzərdə tutulur.

Qeyd edək ki, 2018-ci ilin dövlət büdcəsində müdafiə xərcləri üçün 2.739 milyard manatın ayrılmışdı.

DiasporNews

Check Also

“Sabantuy Moskva” festivalına “Rusiya Azarbaycanlıları Platformu” da qatılıb

İyulun 6-da Rusiyanın paytaxtdı Moskva şəhərində “Sabantuy Moskva” beynəlxalq festivalı keçirilmişdir. “Rusiya Azarbaycanlilari Platformu” mətbuat …

160*600