Home / Aktual / Azərbaycanlı alimin kitabı gürcü dilində

Azərbaycanlı alimin kitabı gürcü dilində

Tbilisidə fəaliyyət göstərən Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Hüquq və İnsan Haqları İnstitutunun sabiq direktoru və Gürcüstanın Helati Akademiyasının akademiki, professor Rövşən Mustafayevin gürcü dilinə tərcümə edilmiş “Dairəyə alınmış cənnət” kitabının təqdimatı olub.
Tədbirdə muzeyin direktoru, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva yüzdən artıq məqalə, kitab və elmi nəşrin müəllifi olan Rövşən Mustafayevin yaradıcılığından söz açıb. Bildirib ki, bu gün gürcü oxucularına təqdim olunan kitab Azərbaycan ilə Gürcüstan arasındakı münasibətlərə böyük töhfədir.

Tədbirdə çıxış edən Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və başqaları R.Mustafayevin hüquq və insan haqlarının müdafiəsi istiqamətindəki fəaliyyətini yüksək qiymətləndiriblər. Çıxış edənlər gürcü dilinə tərcümə olunan kitabın əhəmiyyətini qeyd edərək müəlliflə bağlı xatirələrini bölüşüblər.

Çıxışlarda “Dairəyə alınmış cənnət” kitabındakı hekayələr əsasında yeni tamaşaların hazırlanmasının vacibliyi vurğulanıb. Bildirilib ki, alimin daha bir neçə kitabı gürcü dilində nəşr olunacaq. Təqdimat mərasimində Azərbaycanın və Gürcüstanın elm adamları, mədəniyyət və incəsənət sahəsinin tanınmış nümayəndələri iştirak ediblər.

DiasporNews

Check Also

Azərbaycanlı xanım Kamçatka gözəli seçilib

Rusiyanın Kamçatka diyarında ilk dəfə keçirilən “2018-ci ilin etno-gözəli” müsabiqəsinin qalibi azərbaycanlı Ruhiyyə Mustafayeva olub. …