Home / Aktual / Azərbaycanlı dizaynerin kolleksiyası Nyu-York Moda Həftəsində

Azərbaycanlı dizaynerin kolleksiyası Nyu-York Moda Həftəsində

Türkiyədə yaşayan Azərbaycanlı dizayner Rüfət İsmayıl Nyu-York Moda Həftəsi çərçivəsində “Power of Fire” (“Alovun gücü”) adlı yeni kolleksiyasını təqdim edəcək.
Rüfət İsmayılın kolleksiyası sentyabrın 7-də dünya şöhrətli dizaynerlərin öz kolleksiyalarını təqdim etdikləri əfsanəvi “Spring Studio” moda məkanında nümayiş etdiriləcək. İsmayılın əsas modeli məşhur azərbaycanlı model Günay Musayeva olacaq. Moda həftəsində Azərbaycan ilk dəfə təmsil olunacaq.

Rüfət İsmayıl uzun müddətdir bu sahədə fəaliyyət göstərir. O, “Afffair” moda brendinin əsasını qoyub. Dizaynerin kolleksiyaları təkcə Türkiyədə deyil, həmçinin İtaliya, İran, Türkiyə, BƏƏ və digər ölkələrdə müvəffəqiyyətlə nümayiş etdirilib.

DiasporNews

Check Also

Qızılgüllərlə bəzədilmiş ən böyük hovuz Azərbaycanda!

Bugünə kimi yalnız əcnəbi filmlərdə görə biləcəyimiz səhnəni Azərbaycanda ilk dəfə “7gul.az” gül butiki reallaşdırıb. …

160*600