Home / Aktual / Azərbaycanlı məşqçi Türkiyə klubunu çalışdıracaq

Azərbaycanlı məşqçi Türkiyə klubunu çalışdıracaq

Azərbaycanlı məşqçi Asim İbrahimov Türkiyədə işləyəcək. DiasporNews xəbər verir ki, o, Türkiyənin 2-ci Liqasında mübarizə aparan “Darıca Gənclərbirliyi” klubunun baş məşqçisi təyin olunub. İbrahimovu klubun azərbaycanlı sahibi Rauf İsmayılov komandaya dəvət edib.

“Darıca Gənclərbirliyi” 2-ci liqada 17 turdan sonra 20 xalla 18 klub arasında 10-cu pillədədir.

Qeyd edək ki, Asim İbrahimov əvvəllər ölkəmizdə MOİK, “Qaradağ Lökbatan”, “İnter”, “Turan” və “Neftçi”də çalışıb. O, Ukrayna 2-ci liqa təmsilçisi “Podolye” (Xmelnitski) və Türkiyənin “Adanaspor” klubunda da işləyib.

DiasporNews

Check Also

İsraildə Qara Yanvarla bağlı anım mərasimi keçirilib

İsraildə fəaliyyət göstərən Azİz təşkilatı 20 yanvar faciəsi ilə bağlı tədbir təşkil edib. Tədbirdə şəhidlərin …