Home / Aktual / Azərbaycanlı musiqiçilər Vyanada dirijorluq ediblər

Azərbaycanlı musiqiçilər Vyanada dirijorluq ediblər

Avstriyada fəaliyyət göstərən “Culture Meeting Point” dərnəyinin təşkilatçılığı ilə Vyana şəhərində “Vyana Yeni İl Konserti” Beynəlxalq musiqi müsabiqəsinin qaliblərinin konsert proqramı keçirilib. Konsert beynəlxalq müsabiqələr laureatı, pianoçu, bəstəkar, dirijor bacı-qardaş musiqiçilər Abuzər və Turan Manafzadələrin dirijorluğu ilə baş tutub.

Konsertdə beynəlxalq müsabiqədə qalib gələn musiqiçilər solist kimi çıxış ediblər və onları Vyana Şəhər Simfonik Orkestri müşayiət edib. Konsertdə koreyalı pianoçu Hansol Noh, italyan violonçel ifaçısı Raffaella Kardaropoli, ispan fleytaçısı Elizabet Franç, çinli tenor Çen Xu və serbiyalı Sanya Radisiç (mezzosoprano) solist kimi çıxış ediblər.

Sonra müsabiqənin rəhbəri, azərbaycanlı musiqişünas alim Fərəh Tahirova solistlərə mükafatlarını təqdim edib. Antonin Dvorak, Pablo de Sarasate, Stanislav Prokofyev, Cüzeppe Verdi, Şarl Quno, Frans Lehar və digər bəstəkarların əsərlərinin səsləndirildiyi konsert Avstriya bəstəkarı Yohann Ştraussun “Radetski marşı” ilə başa çatıb.

Dünyanın müxtəlif ölkələrində səhnə karyeralarını davam etdirən gənc Turan və Abuzər Manafzadələr yaradıcılıq fəaliyyəti ilə yanaşı, peşəkar musiqi təhsilini də diqqət mərkəzində saxlayırlar. Azərbaycanın Əməkdar artisti Turan Manafzadə hazırda italiyalı dirijor Antonio Pirollinin sinfində dirijorluq dərsləri alır, Abuzər Manafzadə isə Vyana Musiqi və Səhnə Sənətləri Universitetində dirijorluq, Anton Brukner Universitetində isə fortepiano üzrə magistratura təhsilini davam etdirir.

DiasporNews

Check Also

Çingiz Əliyev:”Tuvada diasporumuz bütün rəsmi tədbirlərdə təmsil olunur”

Ucsuz-bucaqsız Rusiyanın regionlarında azərbaycanlı gənclərin aktivliyi və deputat olaraq fəaliyyət göstərmələri qürurvericidir. Rusiyanın Tuva Xalq …

160*600