Home / Aktual / Azərbaycanlı rejissorun filmi “Bridges”də

Azərbaycanlı rejissorun filmi “Bridges”də

Brüssel İncəsənət Sarayında (BOZAR) Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələri ilə mədəni əməkdaşlıq proqramı çərçivəsində artıq ikinci ildir təşkil edilən “Bridges” (“Körpülər”) Film Festivalı çərçivəsində azərbaycanlı rejissor Hilal Baydarovun “Ad günü” sənədli filmi nümayiş olunub.

Film yerli tamaşaçı auditoriyası ilə yanaşı, Belçikada yaşayan azərbaycanlılar tərəfindən də maraqla izlənilib. Filmin nümayişindən sonra rejissor tamaşaçıların suallarını cavablandırıb.

1987-ci ildə Bakıda anadan olan rejissorun ilk bədii filmi – “Adsız yüksəkliklər” (2018) Monreal (Kanada) və Kotbus (Almaniya) festivallarında göstərilib. Bundan sonra o, “Ad günü” və “Bir gün Səlimpaşa”da sənədli filmlərini çəkib. “Ad günü” ötən il Sarayevo Beynəlxalq Sənədli Filmlər Festivalında mükafat qazanıb.

Qeyd edək ki, yanvarın 21-dən etibarən Bakıdakı “Flame Towers”də yerləşən “Park Cinema”da Hilal Baydarovun “Adsız yüksəkliklər” bədii filminin nümayişinə başlanılıb. Xronometrajı 93 dəqiqə olan ekran əsəri fəlsəfi problemdən – insanın təbiət qarşısında diz çökməsindən bəhs edir.

DiasporNews

Check Also

“Sabantuy Moskva” festivalına “Rusiya Azarbaycanlıları Platformu” da qatılıb

İyulun 6-da Rusiyanın paytaxtdı Moskva şəhərində “Sabantuy Moskva” beynəlxalq festivalı keçirilmişdir. “Rusiya Azarbaycanlilari Platformu” mətbuat …

160*600