Home / Aktual / Azərbaycanlılar Rusiyada qəzaya düşdü: Ölən və yaralılar

Azərbaycanlılar Rusiyada qəzaya düşdü: Ölən və yaralılar

Rusiyada baş verən avtomobil qəzasında iki Azərbaycan vətəndaşı həyatını itirib. DiasporNews “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, qəza Voronej vilayətinin M-4 “Don” federal yolunun 773 km-də qeydə alınıb. Belə ki, “Mercedes” markalı mikroavtobusla yük maşınının toqquşması nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb

Ölən və yaralılar Azərbaycan vətəndaşlarıdır. Hadisə zamanı mikroavtobusda 9 sərnişin olub. Yaralıların vəziyyəti barədə məlumat verilməyib. Qəzanın səbəbi araşdırılır.

DiasporNews

Check Also

ABŞ-da öldürülən azərbaycanlının cənazə xərclərini fond üzərinə götürdü

Bu il yanvarın 15-də ABŞ-ın Şimali Karolina ştatında yaşayan 29 yaşlı soydaşımız Elçin Xəlilovun Şarlot …