Home / Aktual / Azərbaycanlıların Həmrəylik Günü Moskvada qeyd edilib

Azərbaycanlıların Həmrəylik Günü Moskvada qeyd edilib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) Moskvada Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirib.

Tədbiri açan RAGB İdarə Heyətinin üzvü Emin Hacıyev təşkilatın sədri Leyla Əliyevanın adından iştirakçıları qarşıdan gələn bayramlar münasibətilə təbrik edib. O, təşkilatın 2018-ci ildə gördüyü işlər barədə məlumat verərək vurğulayıb ki, sıraları ildən-ilə genişlənən RAGB yola saldığımız ildə də bir sıra maraqlı layihələr həyata keçirib. E.Hacıyev təşkilatın işində fəal iştirak edən gənclərə təşəkkürünü bildirib.

Akademik Fazil Qurbanov Rusiyadakı Azərbaycan diasporu adından RAGB üzvlərini qarşıdan gələn bayramlar münasibətilə təbrik edib. O, son illər ölkəmizdə əldə olunan nailiyyətlərdən bəhs edib. Akademik Rusiya və Azərbaycan arasında dostluq və əməkdaşlığın möhkəmlənməsinə böyük töhfə verən RAGB-nin fəaliyyətini yüksək qiymətləndirib. Vurğulayıb ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi təşkilatın fəaliyyəti Rusiyada yaşayan və təhsil alan azərbaycanlı gənclərin bir araya gəlməsi, elm, təhsil, yaradıcılıq üzrə layihələrin, həmçinin ictimai təşəbbüslərin reallığa çevrilməsi baxımından əvəzolunmazdır. Rəsmi hissədən sonra milli mahnı və rəqslərimizdən ibarət konsert olub.

DiasporNews

Check Also

“MeqaFon-un Qarabağı müstəqil dövlət sayması Rusiya-Azərbaycan münasibətlərinə təhlükədir”

Rusiya Azərbaycanlılar İttifaqı MeqaFon mobil operatorundan qərarın dərhal dəyişdirilməsini tələb edir “Rusiyanın ikinci böyük mobil …

160*600