Home / Aktual / Azərbaycanlıya Ukraynada yüksək vəzifə verildi

Azərbaycanlıya Ukraynada yüksək vəzifə verildi

Ukraynada yaşayan azərbaycanlı İlham Dadaş oğlu Dadaşov Ukraynanın enerji nazirinin müşaviri təyin olunub. Təyinatla bağlı əmri enerji naziri İqor Nasalik imzalayıb.

Məlumata görə, İ.Dadaşov nazirliyin bir sıra dövlət əhəmiyyətli layihələrinə, xüsusilə də alternativ enerji proqramı istiqamətində aparılan işlərə nəzarət edəcək.

Qeyd edək ki, uzun müddətdir Ukraynada yaşayan İ.Dadaşovun hələ sovetlər dönəmində bu ölkədə biznes fəaliyyəti olub, həmçinin neft-qaz sahəsində müxtəlif layihələri həyata keçirib. Son təyinatına qədər də soydaşımız bir sıra dövlət sifarişi layihələrə rəhbərlik edib. Ailəlidir 4 övladı var.

DiasporNews

Check Also

Hansı daşı daş üstünə qoymusan ki?

”Dəlib deşir ürəyi, dərt ürəkdə qalanda. Dərdləşmək gözəl işdi, dərdini duyan ola” Rəhmətlik Zəlmixan Yaqubun …

160*600