Home / Aktual / Bakı “Bal-E” raketlərinin alınması üçün Moskva ilə danışıqlar aparmayıb

Bakı “Bal-E” raketlərinin alınması üçün Moskva ilə danışıqlar aparmayıb

Azərbaycanın Müdafiə Nazirliyi son günlər müxtəlif KİV-lərdə “Bal-E” raket sistemlərinin alınmasında Azərbaycanın maraqlı olduğu, lakin Rusiyanın kompleksin Azərbaycana satışını məqsədəuyğun saymaması barədə yayılan məlumatlara cavab verib.

Nazirlikdən DiasporNews-ın sorğusuna cavab olaraq bildiriblər ki, bu barədə heç bir rəsmi danışıq aparılmayıb:

“Rəsmi olaraq bildiririk ki, adı çəkilən “Bal-E” raket sistemlərinin alınması məqsədilə tərəfimizdən danışıqlar aparılmayıb və kompleksin əldə olunması niyyətimiz də olmayıb. Eyni zamanda onu da qeyd edək ki, Azərbaycanın Xəzər dənizi sektorunda təhlükəsizliyin təmin edilməsi məqsədilə müxtəlif ölkələrin müvafiq qabaqcıl müdafiə sistemlərindən və raket kompleslərindən istifadə edilir”.

DiasporNews

Check Also

RAİ-nin Rauf Əzizovun həbsi ilə bağlı açıqlaması

“Azərbaycan məhkəməsinin qərarının ədalətli olacağına inanıram” Rusiya Azərbaycanlıları İttifaqının (RAİ) prezidenti Füzuli Məmmədov Dağıstanda fəaliyyət …

160*600