Home / Aktual / Bakı-Krasnodar avtobusu qəzaya uğradı

Bakı-Krasnodar avtobusu qəzaya uğradı

Ötən gecə Rusiyanın Stavropol bölgəsində yol-nəqliyyat hadisəsi baş verib. Azərbaycandan Rusiyaya sərnişin daşıyan “Mersedes” markalı avtobus “Qazel” markalı avtomobillə toqquşub.

Oxu.Az Rusiya KİV-ə istinadla xəbər verir ki, hadisə Koçubey-Zelenokumsk-Mineralnıye Vodu yolunun 204-cü kilometrliyində, Moskva vaxtı ilə 05:10-da baş verib.

Hadisə zamanı üç nəfər xəsarət alıb. Nəqliyyat vasitəsi Bakıdan Krasnodara doğru hərəkət edirmiş.

“İlkin ehtimallara görə, “Mersedes” markalı avtobusun sürücüsü idarəetməni itirib və qarşıdan gələn avtomobilin yoluna çıxıb. Avtobusun iki sərnişini və “Qazel”in sürücüsü Budennovsk rayon xəstəxanasına çatdırılıb”, – yol polisindən bildirilib.

Hadisə zamanı avtobusda 33 sərnişin və iki sürücü olub. Avtobus sürücüsünün sükan arxasında yuxuladığı iddia edilir. Faktla bağlı araşdırmalar aparılır.

DiasporNews

Check Also

Turan Beynəlxalq Türk Uyğarlığı Təşkilatının başqanından Ermənistana mesaj

Dərviş Rəcəb Var: “Bir gün Qarabağı sizə məzar edəcəyik” “Turan Beynəlxalq Türk Uyğarlığı Təşkilatı olaraq …

160*600