Home / Aktual / Batum Müqaviləsinin 101-ci il dönümünə həsr edilmiş elmi seminar keçiriləcək

Batum Müqaviləsinin 101-ci il dönümünə həsr edilmiş elmi seminar keçiriləcək

“Azərbaycan Gənclik Platforması” və “Elmi Araşdırmalar İctimai Birliyi” tərəfindən 21 may 2019-cu il tarixdə Beynəlxalq Avrasiya Mətbuat Fondunda Batum Müqaviləsinin 101-ci il dönümünə həsr edilmiş elmi-seminar keçiriləcək.
_ .az xəbər verir ki, tədbirin təşkilatçısı Fariz Vəliyev bildirib ki qarşımızda duran əsas məqsədimiz Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması zamanı bağlanan beynəlxalq müqavilənin və göstərilən hərbi yardımın əhəmiyyətini gənc nəsilə aşılamaqdır.
Qeyd edək ki, Azərbaycan Dövlət İqtisad Universitetinin dəstəyi ilə keçiriləcək tədbirdə “Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı”nın sədri Lalə Mehdiyeva, Türk səfirliyinin nümayəndəsi, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)- iqtisad elmləri üzrə fəlsəfə doktoru Kəmalə Nəcəfova, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 7/24 kitabxana müdiri Arzu Məmmədova,Azərbaycan Dövlət İqtisad Universiteti Gənc Müəllimlər Şurasının İdarə Heyətinin Üzvü Cəmilə Həsənova, Azərbaycan Dövlət Pedaqoji Universiteti – tarix elmləri üzrə fəlsəfə doktoru Taleh Cəfərov, QHT nümayəndələri və tələbələr iştirak edəcək

Check Also

Hansı daşı daş üstünə qoymusan ki?

”Dəlib deşir ürəyi, dərt ürəkdə qalanda. Dərdləşmək gözəl işdi, dərdini duyan ola” Rəhmətlik Zəlmixan Yaqubun …

160*600