Home / Aktual / Batum müqaviləsinin 101 illiyinə həsr olunmuş elmi seminar təşkil edilib

Batum müqaviləsinin 101 illiyinə həsr olunmuş elmi seminar təşkil edilib

Azərbaycan Gənclik Platforması və “Elmi Araşdırmalar” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Dövlət İqtisad Universitetinin dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunda Azərbaycan Xalq Cümhuriyyəti dövründə imzalanan Batum müqaviləsinin 101 illiyinə həsr olunmuş “Azərbaycan Xalq Cümhuriyyəti. Batum müqaviləsi” adlı elmi seminar təşkil edilib. Tədbirin məqsədi Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması zamanı bağlanan ilk beynəlxalq müqavilənin və Osmanlı İmperatorluğu tərəfindən göstərilən yardımın əhəmiyyətini gənc nəsilə aşılamaqdır. “Elmi Araşdırmalar” İctimai Birliyinin sədri Telman Qasımov tədbiri giriş nitqi ilə açıq elan edərək, Azərbaycan və Türkiyə münasibətlərində Batum müqaviləsinin əhəmiyyətini vurğuladı. Azərbaycan Gənclik Platformasının sədri Fariz Vəliyev tədbirin gənclər üçün vacibliyini qeyd etdi. Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndəsi Tuğba Uzel Batum müqaviləsi və Türkiyə-Azərbaycan qardaşlığı barədə çıxış etdi. Ermənilərin işğalçı siyasətinə və “erməni soyqrımı” iddialarına qarşı gənclərin fəal şəkildə münasibət bildirməsinin vacibliyini bildirdi. Tədbirdə Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti müəllim və tələbələrinin çıxışları dinlənilib, mövzu ətrafında maraqlı müzakirələr aparılıb. Tədbirin sonunda məruzəçilər sertifikatla təltif ediliblər.

Check Also

Batum Müqaviləsinin 101-ci il dönümünə həsr edilmiş elmi seminar keçiriləcək

“Azərbaycan Gənclik Platforması” və “Elmi Araşdırmalar İctimai Birliyi” tərəfindən 21 may 2019-cu il tarixdə Beynəlxalq …

160*600