Home / Aktual / Belarus və Azərbaycan arasında ikitərəfli əməkdaşlığın inkişafında növbəti mərhələ

Belarus və Azərbaycan arasında ikitərəfli əməkdaşlığın inkişafında növbəti mərhələ

Xaricdə keyfiyyətli təhsil almaq istəyənlərin sayı hər il artır. Bir çoxları diqqətini Avropaya yönəldir, amma hər kəs bu problemin maliyyə hissəsinin öhdəsindən gələ bilmir. Məhz buna görə də Belarus-Azərbaycan İcmaları Konqresi Belarus Respublikası ilə Azərbaycan Respublikası arasında təhsil və elm sahəsində əməkdaşlıq çərçivəsində Minskə A-Level Təhsil Mərkəzinin nümayəndələrini, həmçinin azərbaycanlı tələbələri Belarus universitetlərinə dəvət edib. Bu haqda Belarus-Azərbaycan İcmaları Konqresinin sədri Natiq Bağırov özəl olaraq “Palitra”ya məlumat verib.

Səfər müddətində Minskdə aparıcı universitetlərin rektorları ilə görüşlər keçirilib və təhsil və təlim sahəsində xüsusi uzunmüddətli sazişlər imzalanıb. Minskin aparıcı universitetləri və Azərbaycan diasporunun rəhbərliyi azərbaycanlıları təhsil və əhalinin bacarıqlarının artırılması, həmçinin akademik təcrübə mübadiləsi üçün dəvət olunmasında maraqlı olduqlarını bildirib.

Natiq Bağırov deyib ki, bu görüşlər Belarus Respublikası ilə Azərbaycan Respublikası arasında ikitərəfli əməkdaşlığın inkişafında növbəti mərhələdir. Onun fikrincə, bu əməkdaşlıq ölkələrimizin prezidentləri İlham Əliyevin və Aleksandr Lukaşenkonun şəxsi dostluğu ilə möhkəmlənən iki qardaş ölkə və xalq arasında dostluq münasibətinin bir göstəricisidir.

Qeyd edək ki, aşağıdakı universitetlərdə görüşlər keçirilib: Belarus Dövlət Universiteti, Belarus Dövlət Tibb Universiteti, Belarus Dövlət İqtisad Universiteti, Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universiteti, Belarus Dövlət Aqrar Texnika Universiteti, Belarus Dövlət Aviasiya Akademiyası, Belarus Milli Texniki Universiteti, Belarus Dövlət Texnoloji Universiteti, Belarus Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Belarus Dövlət İnformatika və Radioelektronika Universitet, Belarus Milli Elmlər Akademiyası, Minsk Dövlət Linqvistik Universiteti, Belarus Respublikasının Prezidenti yanında İdarəçilik Akademiyasında.

Nəzərə çatdıraq ki, maliyyə baxımından, Belarusda təhsil digər Avropa ölkələrinə nisbətən daha demokratikdir və bu, Azərbaycan vətəndaşları üçün əlçatandandır. Almaniya, Amerika və digər dövlətlərin universitetlərilə birlikdə ikili diplomlar mövcuddur və bu diplomlar dünyada qəbul olunur. 

Öz növbəsində A-Level Təhsil Mərkəzinin ixtisaslaşdığı əsas sahələrdən biri də xaricdə təhsildir. “A-Level” Belarusda təhsil xidmətlərini təmin etmək üçün müstəsna hüquqlara malikdir. Belə ki, bu təhsil mərkəzinin aşağıdakı proqramları mövcuddur: bakalavr dərəcəsi, magistr dərəcəsi, PhD, yay və qış kampları.

Check Also

Paytaxtda peydə olan saxta məmurlar

Paytaxtda özünü Azəriqaz İstehsalat Birliyinin əməkdaşı kimi təqdim edərək, insanları aldadan şəxslər peyda olub. Onlar …

160*600