Home / Aktual / Belçika qəzeti 20 Yanvar faciəsindən yazıb

Belçika qəzeti 20 Yanvar faciəsindən yazıb

Belçikanın flamand dilli “Het Belang van Limburg” (“Limburqun əhəmiyyəti”) qəzetinin növbəti buraxılışında 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar bu ölkənin Ham şəhərində açılmış sərgi barədə məqalə dərc edilib.

Məqalədə qeyd olunur ki, Azərbaycan Respublikasının Belçika Krallığındakı səfiri Fuad İsgəndərov sərgi iştirakçılarına 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilmiş qanlı hadisələr, bu hadisələrin Azərbaycan tarixində yeri və nəticələri barədə geniş məlumat verib.

Ham şəhərinin meri Dirk de Vis də çıxış edərək, bu faciənin hər il anılmasının önəmindən bəhs edib və bu qanlı yaddaşın gənc nəslin nümayəndələrinə çatdırılmasının əhəmiyyətini vurğulayıb.

Məqalədə, həmçinin ölkəmizin Ham şəhəri ilə dostluq münasibətlərinin qurulmasında və möhkəmləndirilməsində yaxından iştirak edən Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin rəhbəri Ayxan Dəmirçinin rolundan bəhs olunur.

Qeyd edək ki, ölkəmizin Belçikadakı səfirliyi, Azərbaycan-Belçika Dostluq Cəmiyyəti və Ham Bələdiyyəsinin sıx əməkdaşlığı və birgə təşkilatçılığı ilə müntəzəm olaraq tədbirlər keçirilir. Belə ki, 2017-ci il martın 25-də Ham şəhərində “Qarabağ atı” abidəsinin açılışı olub. Bununla yanaşı, hər il mart ayında Ham şəhərində ənənəvi Novruz şənlikləri keçirilir.

DiasporNews

Check Also

Biz Bizdən nə istəyirik?

Son zamanlarda məni ən çox düşündürən suallardan biridir. Görəsən biz bizdən olanlardan nə istəyirik? neyi …

160*600