Home / Aktual / Belqrad Universitetində Azərbaycanla bağlı seminar keçirilib

Belqrad Universitetində Azərbaycanla bağlı seminar keçirilib

Belqrad Universitetinin filologiya fakültəsində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində “Azərbaycanda din” mövzusunda seminar keçirilib.

Mərkəzdən bildirilib ki, seminarda bu qurumun direktoru, eyni zamanda, Novi Sad Universitetinin professoru Zərifə Əlizadə ölkə rəhbərliyi tərəfindən həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycanın müxtəlif millətlərin nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyara çevrildiyini bildirib.

Vurğulanıb ki, Azərbaycan xalqı dinlərə və dini fəlsəfi cərəyanlara tolerant münasibəti ilə seçilir, tarixi keçmişimizdən qalan bu mütərəqqi ənənəsinə görə nəinki Şərqdə, hətta bütün dünyada fərqlənir.

DiasporNews

Check Also

RAİ-nin Rauf Əzizovun həbsi ilə bağlı açıqlaması

“Azərbaycan məhkəməsinin qərarının ədalətli olacağına inanıram” Rusiya Azərbaycanlıları İttifaqının (RAİ) prezidenti Füzuli Məmmədov Dağıstanda fəaliyyət …

160*600