Home / Aktual / Berlinin yəhudi icması Azərbaycanın müstəqillik gününü qeyd edib

Berlinin yəhudi icması Azərbaycanın müstəqillik gününü qeyd edib

Berlinin yəhudi icmasının nəzdində fəaliyyət göstərən “Bakılı” Klubunda Azərbaycanın Dövlət Müstəqilliyinin 27-ci ildönümü qeyd olunub. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilən tədbirdə klubun rəhbəri və tədbirin təşkilatçısı Elmira Əşrəfova Azərbaycanın müstəqillik tarixi haqqında danışaraq ötən müddət ərzində ölkəmizin siyasi, iqtisadi, hərbi və digər sahələrdə böyük nailiyyətlər əldə etdiyini bildirib. O, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 27 illiyi münasibətilə tədbir iştirakçılarını təbrik edib.

Klub üzvlərinin və qonaqların iştirak etdiyi tədbir daha sonra bədii proqramla davam edib. Bakı Dövlət Konservatoriyasının məzunları Alna və İlya Leninskilərin ifasında Azərbaycan bəstəkarlarının musiqiləri ifa olunub.

DiasporNews

Check Also

Difahi Fədailər hərəkatının nümayəndələri Keşikçidağda

14 iyul 2019-cu il tarixində Gürcüstandan olan bir qrup şəxsin Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini …

160*600