Home / Aktual / Biz Bizdən nə istəyirik?

Biz Bizdən nə istəyirik?

Son zamanlarda məni ən çox düşündürən suallardan biridir. Görəsən biz bizdən olanlardan nə istəyirik? neyi verib ala bilmirik ve ya sebeb nedir axı niyə düşmən kəsilirik bizdən olanlara? Başqa millətlər dəlisini ağıllı kimi təqdim edərkən bizlər niyə ağıllılarımızı dəli kimi teqdim etmək istəyirik? Və ya niyə dəli etmək isteyirik ki? Nədi bizim bizimlə olan dərdimiz? Bəs biz BÖYÜK XALQ idik? Deyəsən bizim sadəce TORPAQLARIMIZ DEYİL, HEMÇİNİN ÜREKLERİMİZ VƏ BEYİNLƏRİMİZ DƏ İŞĞAL ALTINDA OLDUĞU ÜÇÜN BİZLƏR BU GÜNƏ GƏLDİK! İndi çoxunuz ne olub ki çox şükür bu günümüzə də deyə bilərsiz. Bir çox şeyləri görməzdən gəldiyiniz ve ya xəbərinizin olmadığı üçün. Görməzdən gələnler üçün deyil də xəbəri olmayanlar üçün qısaca olan bitənləri və bildiklərimdən eşitdiklərimdən çox az bir qismini anlatmaq yerinə düşər deyə düşündüm. Bütün önemli əhəmiyyətə malik xaricdə yaşamaqda olan önde gedən Azərbaycanlılarımız demək olar ki, özümüzünkülər tərəfindən xain elan olunub. Düşmənlərimizi unudaraq biriləri bütün güclərini onlarla savaşmaya səfərbər ediblər. Gerçek düşmənlərimizi unudanların şakşakçılarının dilindən heç düşməyən Vahid Ələkbərov’un xeyirsiz, İlham Rəhimov’un Müxalifət, Mübariz Mənsimov ve s kimi bir neçə gerçəkdən Milletini, Vətənini sevən insanların da əslinde ‘ermeni’ işbirlikçi olduğu sözleridir. Maraqlıdır, o insanlar bu cür insanlarımızı ləkələməklə nəyə nail olmaq istəyirlər? Mənim diqqetimi isə özelliklə son zamanlarda ‘Birilerinin’ Mübariz Mənsimova qarşı birilerinin açdığı savaş çəkməkdədir! Mübariz Mənsimova qarşı çox şey deyə bilərsiz ama ‘xain,erməni işbirlikçisi’ kimi sözleri əsla deyə bilməzsiz çünki, adamın həyatı ve sərgilədiyi duruş iller öncəsindən bəllidir! Bəli dedirtdikləri daha çox ‘Cənub bölgəsinin insanlarına yardım edir, onlarla bir olur səmimi olur’ kimi sözleri hardasa insanlara inandıra bilərlər. Hetta yaxasında PALMALİ rozetləri daşıyan Mübariz Mənsimov’un çöreyini yediyi halda utanmadan mənim birəbir istanbulda şahid olduğum 2 genc tərəfindən cahilce deyilən ‘Bütün yardımlarını sadəcə reklam xarakterli edir’ kimi səmimiyyətdən uzaq sözlər belə hardasa onun etdiyi bilinməyən gizli yardımları insanlar bilmədiyi üçün inandırıcı ola biler! Lakin Mübariz Mənsimova ‘Veten Xaini,Ermeni işbirlikçisi’ kimi sözlər əsla qəbul ediləməz ve də heçkəs inanıb etibar etməz. Tam tərsi o sözü dedirdənlərə və deyənlərə nifrətlə baxar insanlar! Bunu özlerini ‘devlət’ zənn eden bəzi memurlar bilməyə bilər ama bu hər kəs tərəfindən açıqca bilinən və gün kimi ortada olan inkar edilməsi imkansız bir faktdır. Mən daxil olmaqla əminəm ki hər kəsə ən çox da təsir edən ermənilərlə yaxın qohumluğu, ortaq ticarəti olan insanların bu gün durub Mübariz Mənsimova ‘erməni işbirlikçisi və ortağı’ kimi sözləri deməsidir. Bu günə qədər Mübariz Mənsimovla cəmi 1 dəfə təxmini 2012 ci ildə Socarın o zamankı İstanbul ofisinin rəhbərliyi tərəfndən qurulan ‘Türkiyə Azərbaycan İşadamları Birliyi’nin (TAİB) quruluş toplantısında Çırağan Sarayında qarşılaşaraq çox qısa da olsa söhbət etmə fürsətım olmuşdu. O qısa söhbet isə xoş təsir bağışlamışdı. Heç unutmaram o günü Mübariz bəy salona girəndə Sağında İqtisadi İnkişaf Naziri Solunda ise SOCARIN Prezidenti Rövnəq Abdullayev var idi. Və olduqca səmimi mehriban bir görüntü idi. Görəsən o zamandan bu zamana nələr dəyişdi ki, Mübariz Mənsimovu hətta ilahlaşdıracaq dərəcədə təriflətməkdən və tərifləməkdən bezməyənlər bu gün pis göstərtməyə və pisləməyə başladı? Hətta o zamanlar ‘TAİB’ Mübariz Mənsimova bağlıdır da deyənlər indi niyə ‘TAİB’in Mübariz Mansimovla yaxından uzaqdan elaqesi yoxdur deyiller? Ama gördüyüm qederi ile de ‘TAİB’ de digər təşkilatlar kimi sadəcə 10 nəfərden ibarətdir! Demək ki, Türkiyədə barmaqla sayılacaq qədər iş adamı var imiş gerisi ‘ƏMANƏTÇİLƏR’ dən ibarət olduğunu bildikləri üçün onlarla əlaqəyə ehtiyac görmürlər. Axı əmanetçilər kimin nəyinə lazımdır ki? Məni düşündürən bir digər suallardan biri də illər öncə duyduğum Mübariz Mənsimov’un Bakıda Məscit tikdirir xəbərəri idi. Nə oldu da sonradan ‘İcazə verilmədi’ Məscidin tikilişinə xəbərlərini duydum. Kim və niyə Allahın evi hesab edilən Məscid tikintisinə qarşı çıxsın ki? Ama ən başından bəri var olan inkaredilməz və hələ də davam etdirilən ortada acı bir həqiqəət də var ki, niyə isə bizim dövlətimiz xarici ölkələrdə yaşayanların içində sadəcə bəlli bir yüksek vəzifeli dövlət adamlarının yaxın qohumlarına yardım edirək dəstək olurlar? Niyə sadecə onların hər tür projelərini istər maddi istərsə də digər şəkillərdə dəstəkləyərək onlara arxa durur? Niyə Toğrul İsmayıl, Aygün Attar, Sevil Nuriyeva ve s kimi başarılı insanlarımızı her şeydən uzaq tuturlar? Niyə digər həmvətənlərimizi isə sadəcə kütlə və ya sürü lazım oldukta yada salırlar? Axı bütün bunların səbəbi nədir deyə Mübariz Mənsimovun yazmış olduğu son yazısına qədər çox düşünürdüm. O yazıyı oxudukdan sonra anladım ki, Düşmənlərimiz Bizim sadəcə ‘TORPAQLARIMIZI DEYİL ÜRƏKLƏRİMİZİ VƏ BEYİNLƏRİMİZİ’ də işğal edib! Acı da olsa bu bir həqiqətdir! Müşahidə etdiyim bir diger şey isə dövlətimizi bu işğaldan qurtarmaq istəyən və bu yolda çalışan Azərbaycanı gəncləşdirən Mehriban Xanım Əliyeva’ya qarşı aparılan gizli mübarizədir! Xaricdə Yaşayan öndə olan insanlarımıza çamur atmaqla məşğul olub onlarla savaşanlar mənə görə ölkəmizin işğaldan azad olmasını istəməyən xainlərdir! Mübariz Mənsimovun da dediyi kimi ‘Bizdən olmayıb da bizim kimi görünənlərdi bizi kürəyimizdən vuranlar!

Samir İsgəndər, Türkiyə

Check Also

Dünya mediası azərbaycanlı rəssamdan yazır

“Azərbaycan brendi” layihəsi çərçivəsində dünya şöhrətli rəssamlar arasında yer alan azərbaycanlı rəssam Sakit Məmmədovun müsahibəsi …

160*600