Home / Aktual / BMT-nin baş katibi Parisdəki Qarabağ danışıqlarını dəstəklədi

BMT-nin baş katibi Parisdəki Qarabağ danışıqlarını dəstəklədi

BMT-nin baş katibi Antonio Quterreş ATƏT-in Minsk Qrupu həmsədrlərinin təşkilatçılığı ilə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında yanvarın 16-sı Parisdə keçirilən görüşü müsbət qarşılayıb.
DiasporNews xəbər verir ki, Baş katib uzun müddət davam edən Dağlıq Qarabağ münaqişəsinin qarşılıqlı razılaşma və sülh yolu ilə həll edilməsi üçün tərəflərin davamlı öhdəliyini yüksək qiymətləndirib və əhalinin sülhə hazırlanmasına dair konkret tədbirlərin görülməsinin zəruriliyi barədə nazirlərin razılaşmasını alqışlayıb.

Baş katib, Birləşmiş Millətlər Təşkilatının ATƏT-in Minsk qrupunun mühüm vasitəçilik səylərini tam dəstəklədiyini bir daha vurğulayıb.

DiasporNews

Check Also

Dünya mediası azərbaycanlı rəssamdan yazır

“Azərbaycan brendi” layihəsi çərçivəsində dünya şöhrətli rəssamlar arasında yer alan azərbaycanlı rəssam Sakit Məmmədovun müsahibəsi …

160*600