Home / Aktual / Bu il əcnəbilər Azərbaycanda 888 mln. manat xərcləyib

Bu il əcnəbilər Azərbaycanda 888 mln. manat xərcləyib

Bu ilin avqust ayında əcnəbilərin Azərbaycanda bank kartları vasitəsi ilə apardıqları əməliyyatların məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 39% artaraq 141 mln. manat təşkil edib. 

Bu barədə məlumat İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) hazırladığı “İxrac icmalı”da yer alıb.

Yanvar-avqust aylarında isə əcnəbilərin Azərbaycanda bank kartları vasitəsi ilə apardıqları əməliyyatların məbləği illik müqayisədə 26% artaraq 888 mln. manata çatıb.

Qeyd edək ki, 8 ay ərzində Azərbaycana dünyanın 193 ölkəsindən 1 976,9 min nəfər və yaxud illik müqayisədə 8,5% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

DiasporNews

Check Also

Azərbaycan Maarifçi Gənclər Təşkilatının Beynəlxalq layihəsi uğurla başa çatıb

Azərbaycan Maarifçi Gənclər Təşkilatı “Social Inclusion Through Healthy Lifestyles: Cross-sectoral youth policydevelopment in Eastern Partnership”adlı …

160*600